Vaxt.Az

Dağ adamın “əriməsi”


 

Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü

Dağ adamın “əriməsi” Musa Qurban Qurbanovun ən həssas yeri olub. Daim təmkinli, duyğularını büruzə verməyən dağ adam bəlkə də həyatında önəmli rolu oynayan qardaşının adını da verməsi Musaya içindəki ən kövrək duyğularına sığınıb. O sərt görünən cismində Musaya qarşı iftixarlığı, sevgisi bəlkə də ən boşaldığı məram olub..

6 yaşı olanda Musa komandayla “kamp”a getmişdi. Topa başla zərbə vururdu, kiçicik cismiylə ağır topa toxunması ağlatsa da  israrla zərbələr endirirdi. İlk dəfə Qurbanovu onda görmüşdüm dağ adamın “əriməsi”ni.

10 il sonra Musa əsas komandaya qoşulanda özündən çox böyüklərlə mübarizə təbii ki ağır idi. Sərt toqquşmalar, müdaxilələr “Qarabağ”ın məşqlərində adi şeylər idi.

ilk məşqlərin birində Musa sərt müdaxiləylə yerdə qaldı. Ağrıdığı, canı yandığı çox aydın hiss olunurdu. Başqa vaxt olsaydı məşq saxlanılar mütləq, tibbi müdaxilə olardı.

Amma Dağ adamdan dağdan ağır səs gəldi: “Davam edirik!”

Səs o qədər vahiməli idi ki, Musaya ağrıdan sızlaya-ağrıya axsayaraq “yarım-yamalaq” qaçmağa məcbur oldu.

O zaman bəlkə ilk dəfə Musa Qurban Qurbanovun “ata” olmaqdan daha böyük olduğunun fərqinə vardı.

Hər zaman ədalətli davranmağa, hər kəsin haqqına verməyə çalışan məşqçi Qurbanov ata Qurbana qalib gəlmişdi. Eləcə də, oğlunu 1 gözü gülüb, 1 gözü ağlayıb soyuq İsveçə göndərəndə də.

Dünən Musa qol vuranda Qurbanov bəlkə də həyatının ən ağır duyğusunu yaşadı.

Atalıq iftixarı, yoxsa illərlə futbolun yükünü tək belində daşımaqla sevincinin fərdiləşməsindən çəkinməklə.

Övlad uğurunu komandanın qələbəsində gizlətməklə.

İçindəki dünya boyda sevinmə hissini özünə qıymamaqla.

 





20.08.2025    çap et  çap et