Ümumiyyətlə təbiətini coğrafiyasını və dünyanın ən böyük karbohidrogen ehtiyatları olan ölkələrdən biri olduğunu nəzərə alsaq İranda su elektrik stansiyasından elektrik istehsalı və elektrik enerjisi böhranı olması mollalarının nə qədər ağılsız olmasına sübutdur.
Çünki bu ölkədə yüksək günəş enerjisi istehsalı potensialı var. Bundan başqa İranda zəngin neft və qaz yataqlarının olduğunu nəzərə alsaq İES-lərin fəaliyyəti daha məqsədəuyğundur.
Ölkənin okeana yaxın ərazilərində külək enerjisi istehsalı potensialı yüksəkdir.
Su ehtiyatları isə məhdud olduğundan iran ümumiyyətlə su elektrik stansiyalarina əlvida deməli, su ehtiyatlarını su çatışmazlığından əziyyət çəkən ölkə əhalisinin ehtiyacları üçün səfərbər etməlidir.
Bütün bu islahatlar əvəzinə fars-molla rejimi qonşu ölkələrə terror ixrac etməklə məşğuldur. Rejim həm qonşu ölkələrin əhalisini, həm də bütövlükdə İran xalqını bədbəxt etmək istəyir.