Vaxt.Az

Bitkoində kəskin eniş


 

Kriptovalyutanın 113 min dolların altında olması qazanc satışı və riskdən qaçış təzyiq yaradır

Bitkoində kəskin eniş Kriptovalyuta bazarının lideri “Bitcoin” (BTC) 113.000 dollar səviyyəsinə qədər geriləyərək son iki həftənin ən aşağı səviyyəsini yoxladı. Gün ərzində 112.566 dollara qədər düşən “Bitcoin” investorların qazanc realizasiyasına yönəlməsi ilə təzyiq altında qaldı. “Ethereum” (ETH) isə 4.069 dollara qədər geri çəkildikdən sonra 4.200 səviyyəsinə doğru irəlilədi.

Ən son məlumatlara görə, qlobal kriptovalyuta bazarının ümumi dəyəri 3,92 trilyon dollara qədər düşüb, 24 saatlıq ticarət həcmi isə 160,41 milyard dollar olub. BTC ilin əvvəlindən etibarən güclü yüksəliş meylini qorusa da, son vəziyyət momentum itkisinə işarə edir. Avqustun 14-də bütün zamanların ən yüksək səviyyəsi olan 124.447 dollara çatan “Bitcoin”, bu səviyyədən 8,5% geri çəkilib.

 

Texniki göstəricilər zəifləməyə işarə edir

 

“Bitcoin” qiymət hərəkətləri, xüsusilə texniki analiz baxımından zəifləyən siqnallar göstərir. Günlük qrafikdə RSI dəyəri 41 səviyyəsinə qədər enərək neytral zonanın altına düşüb və satış təzyiqini göstərir. MACD göstəricisi isə aşağı yönlü siqnallar verməyə davam edir. Qiymətin 50 günlük eksponent hərəkətli ortalama (EMA) olan 114.903 dolların altında qalması texniki mənzərədə zəifliyin davam etdiyini göstərir.

“Glassnode”un avqustun 19-a olan hesabatına görə, BTC bazarında həcim azaldığı müşahidə edilir və investorların satış yönlü əməliyyatları öndədir. Açıq mövqelər yüksək səviyyələrdən düşüşə keçib, gələcək əməliyyat bazarında isə borclu (“leverage”) mövqelərinin azalması və fonlama nisbətinin müsbət qalması diqqət çəkir. Bundan əlavə, “opsion” bazarında da aşağı yönlü risklərə qarşı tələbin artması ilə “volatilite spread”lərində yüksəliş müşahidə olunub.

 

İnvestor duyğuları zəifləyir, amma balinalar alımdadır

 

“Santiment” məlumatlarına görə, kiçik investorların emosional əhval-ruhiyyəsi İyun ayından bu yana ən aşağı səviyyəyə düşüb. Qorxu və risk iştahası İndeksi bir gündə 56-dan 44 xal səviyyəsinə enərək investorların yenidən “qorxu zonasına” girdiyini göstərdi. Bu qısa müddətli satış təzyiqini artırsa da, tarixən bu cür emosional dəyişikliklər qiymətlərin toparlanmasından əvvəlki dövrlərə təsadüf edib.

Buna baxmayaraq, iri investorlar alım yönündə mövqeyini qoruyur. “Santiment” məlumatlarına görə, 10 ilə 10.000 BTC arasında balansı olan pulqabılar avqustun ortalarından bəri 20.061 BTC əlavə edib və mart ayından bu yana ümumilikdə 225.320 BTC alımı həyata keçiriblər. Nəhənglərin mövqeləri son illərdə adətən gələcək qiymət istiqaməti ilə üst-üstə düşüb.

 

Qurumların marağında azalma yoxdur

 

“Glassnode” məlumatları, ETF investorlarının bazara marağını qoruduğunu göstərir. Keçən həftə “Bitcoin”ə əlaqəli ETF məhsullarına 880 milyon dollardan çox giriş olub. Buna baxmayaraq, zəncirdaxili (on-chain) istifadəçi fəaliyyəti azalır və əməliyyat haqlarında geriləmə müşahidə olunur. Bu, qiymət düşüşləri zamanı daha çox irihəcmli hərəkətlərin baş verdiyinə işarə edir.

“Bitcoin” qiymətindəki geriləməyə baxmayaraq, əldə olunan qazanc hələ də diqqətçəkicidir. Reallaşmış qazanc-zərər nisbəti 2,4 səviyyəsində ölçülüb və bu, bazarda ümumi olaraq müsbət dövrdən sonra təbii bir düzəlişin baş verdiyini göstərir. “Bitcoin” təklifi hələ də 96% səviyyəsində qazancda qalır. Bu düzəlişin dərinləşib-dərinləşməyəcəyi isə qurumsal tələbat və iri investorların alımları ilə müəyyən olunacaq.

 





20.08.2025    çap et  çap et