Vaxt.Az

Köçkünləri daşıyan avtobus qəza etdi


 

76 nəfər öldü

Köçkünləri daşıyan avtobus qəza etdi Əfqanıstanın qərbində, İrandan qayıdan əfqan köçkünlərini daşıyan bir avtobusla iki başqa avtomobilin toqquşması nəticəsində 76 nəfər həlak olub.

Herat vilayətinin hökumət sözçüsü Məhəmməd Yusif Sədi açıqlamasında bildirib ki, üç nəfər ağır yaralanıb. Ölümlər arasında çox sayda uşağın olduğu da qeyd olunur.

El-Faruk Ordu Korpusu Xəstəxanasının baş həkimi Məhəmməd Canan Müqəddəs, meyitlərin əksəriyyətinin “tanınmaz” vəziyyətdə olduğunu bildirib.

Qəzanın dünən gecə Herat şəhəri yaxınlığındakı Guzara bölgəsində baş verdiyi, polisin məlumatına görə avtobusun motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşaraq yanğına səbəb olduğu bildirilib.

Sədi qeyd edib ki, avtobus İrandan paytaxt Kabilə qayıdan əfqanları daşıyırmış.

BMT-nin köç agentliyinə görə, ilin əvvəlindən bəri İran və Pakistandan Əfqanıstana ən azı 1,5 milyon insan geri qayıdıb. Hər iki ölkə onilliklərdir köçkünləri qəbul edən bu ərazilərdən onları zorla çıxarmağa çalışır.

Geri dönənlərin çoxu illərlə ölkə xaricində yaşayıb və az əşyaları ilə, getmək üçün başqa yerləri olmadan qayıdıblar.

 





20.08.2025    çap et  çap et