Mənbə qeyd edib ki, görüş zamanı tərəflər Suriya torpaqlarının bütövlüyünə sadiqliklərini bir daha təsdiqləyiblər və ölkənin parçalanmasını hədəfləyən hər cür layihəyə qarşı olduqlarını vurğulayıblar. Həmçinin Süveyda əyalətinin Suriya üçün ayrıla bilməz bir parça olduğu və Dürzi vətəndaşların milli birliyin əsas elementi kimi görüldüyü qeyd olunub.
Görüşdə Cənubi Suriyadakı humanitar vəziyyət də müzakirə olunub. Mənbə bildirib ki, tərəflər Süveyda və Bədəviyə yönələn humanitar yardımların artırılması və çətin həyat şəraitinin yüngülləşdirilməsi barədə razılığa gəliblər.
“Ortaq səylər davam edəcək”
Mənbə əlavə edib ki, 1974-cü ildə imzalanmış atəşkəs müqaviləsinin yenidən effektiv şəkildə işləməsi üçün aydın bir mexanizmə ehtiyac duyulduğu görüşdə vurğulanıb. Bu mexanizmin məqsədi İsrailin Suriya torpaqlarına dair pozuntularının qarşısını almaq və bölgədə daha sabit bir mühit yaratmaqdır.
Görüş, cənubdakı gərginliyin azaldılması və bölgənin açıq münaqişəyə sürüklənməsinin qarşısının alınması istiqamətində ortaq səylərin davam etdiriləcəyi öhdəliyi ilə başa çatıb.
Dünən “Axios” xəbər saytının jurnalisti Barak Ravid sosial media hesabında İsrail Strateji İşlər Naziri Ron Dermerin Fransanın paytaxtı Parisdə Suriya XİN naziri Əsəd Həsən Şeybani və ABŞ-ın Ankara səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak ilə görüşəcəyini paylaşmışdı.