“Tesnim” Xəbər Agentliyinə danışan Nəsirzadə, “12 gün davam edən müharibədə istifadə olunan raketlər bir neçə il əvvəl Müdafiə Nazirliyi tərəfindən istehsal edilmiş raketlər idi. Bu gün isə əvvəlki raketlərdən çox daha üstün xüsusiyyətlərə malik raketlər istehsal etmişik”, – deyib.
İranlı nazir əlavə edib ki, İsrail yenidən hücum edərsə, yeni raketlərdən istifadə olunacaq.
***
İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri, eləcə də ordu komanda heyətini hədəf alan genişmiqyaslı hücumlar həyata keçirmişdi.
İranda Baş qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı və bir sıra yüksək rütbəli komandirlər, həmçinin 9 nüvə alimi həmin hücumlarda öldürülmüşdü.
İsrailə açıq dəstək verən ABŞ, iyunun 22-də İranın Natanz, Fordo və İsfahan şəhərlərindəki 3 nüvə obyektinə hücum etmişdi.
İran, ABŞ-ın hücumuna cavab olaraq iyun 23-də ABŞ-ın Qətərdəki El-Udeyd Hava Bazasını hədəf almış, ABŞ Prezidenti Donald Tramp isə 24 iyun tarixində İran və İsrail arasında atəşkəsin təmin olunduğunu açıqlamışdı.