Vaxt.Az

Uran ətrafında yeni peyk aşkarlandı


 

Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı

Uran ətrafında yeni peyk aşkarlandı “Webb Kosmik Teleskopu” Uran planetinin orbitində yeni kiçik bir ay kəşf edib. NASA tərəfindən dünən açıqlanan yeni ayın diametri yalnız 10 kilometrdir və teleskopun yaxın infraqırmızı kamerası ilə fevral ayında aşkarlanıb. Alimlər bildirirlər ki, ayın uzun müddət kəşf edilməməsi onun zəif görünüşü və kiçik ölçüsü ilə əlaqədardır. Hətta təxminən 40 il əvvəl “Voyager 2” tərəfindən müşahidə edilmiş olmasına baxmayaraq fərq edilməmişdi.

Uranın 28 bilinən peyki var və bunların adları “Shakespeare” və “Alexander Pope” obrazlarından götürülüb. Təxminən yarısı daha kiçik və planetə yaxın orbitlərdə dönür. Hələ adı qoyulmayan yeni peyk isə planetin ümumi payk sayını 29-a çatdırıb.

Kəşfdə iştirak edən ABŞ mərkəzli SETI İnstitutundan planetoloq Metyu Tiskareno (Matthew Tiscareno) qeyd edib ki, bu əlavə Uranın ətrafında daha çox kiçik peyklərin ola biləcəyinə işarə edir: “Yəqin ki, bunlardan daha çox var və axtarışa davam etməliyik”.

Günəş sistemi daxilində digər planetlərin peyk sayları isə fərqlidir. NASA-nın məlumatına görə, Saturnun 274, Yupiterin 95, Neptunun 16, Marsın 2, Yerin isə 1 təbii peyki var. Merkuri və Veneranın isə heç bir peyki yoxdur.

 





20.08.2025    çap et  çap et