«Bizim istədiyimiz, uyğun texniki şərtlərə cavab verən bir yer ayrılmadığı üçün biz də məcbur oluruq qurultay üçün müəyyən etdiyimiz tarixi təxirə salaq, yenidən tarix müəyyənləşdirək. Biz məcburən bunu təxirə salırıq, çünki ya uyğun yer vermirlər, ya da ki, elə təkliflər edirlər ki, o təklifləri qəbul etsək nə partiyanın adının yüz illik tarixinə, nə də texniki baxımdan uyğun gələr.
Qurultay keçirilməyəcək deyə, bir şey yoxdur, çünki Müsavat partiyasının Nizamnaməsinə əsasən dörd ildən bir qurultay keçirilməlidir və qurultayda seçkili orqanlar seçilməlidir. Qurultayın keçirilməsi üçün alternativ çıxış yolları axtarırıq, yəni iki il bundan qabaq qurultayın başqa dövlət ərazisində keçirilməsi təklifləri də var idi».
Qurultayın şadlıq sarayında keçirilməsinə gəlincə, T. Abbaslı bildirib ki, şadlıq sarayları siyasi xarakterli tədbirlərin keçirilməsinə razılıq vermirlər: »Şadlıq saraylarında, otellərdə keçirilməsi variantlarını da araşdırmışıq. Şadlıq sarayları ümumiyyətlə, belə bir təklifi yaxın buraxmırlar. Otellərə gəldikdə ,biz müraciət etdik, amma onlar da bildirdilər ki ən böyük oteldə 400 nəfərdən ibarət bir zal təşkil ediləcək. Amma Müsavatın 600-ya yaxın qurultay nümayəndəsi var, hələ qonaqları demirəm. Bu tədbiri 400 nəfərlik bir zalda keçirmək mümkün deyil. Qurultay nümayəndələrinin sayının azaltması təklifi də verilib. Bu da bizim nizamnaməyə ziddir. Qurultay nümayəndələri artıq seçiliblər. Seçilmiş qurultay nümayəndələrə hansı kriteriyalarla deyəcəyik ki, sən seçilmisən sən gəl, amma digərinə sən gəlmə. Bu partiyadaxili bəzi narahatlıqlara da səbəb ola bilər, çünki hər bir insan qurultayda təmsil təmsil olunmaq istəyir».
T.Abbaslı açıqlamasında onu da qeyd edib ki, Müsavat başqanı özü ola bilər: «Başqanlığa namizədlərin adları mətbuatda hallanır. 600-ə yaxın qurultay üzvlərinin yarıdan çoxunun səsini qazanan başqan olacaq. Başqanın kim olmağından asılı olmayaraq, Müsavat partiyası güclü bir partiya olaraq qalacaq. Müsavatda başqanın kim olmağı bir az texniki məsələdir.
«Mən özüm də namizəd olduğum üçün təbii ki, özümün başqan olacağımı düşünürəm. Özümə də səs verəcəm».