Hazırlanan planın sabit kriptovalyutaların istifadəsi üçün hədəflər, tənzimləyici qurumların vəzifə bölgüsü və risk idarəçiliyi prinsiplərini əhatə edəcəyi bildirilib. Bu addım Çinin 2021-ci ildə kriptovalyuta ticarətini və mədənçiliyini qadağan etməsindən sonra rəqəmsal aktivlər sahəsində atacağı ən böyük siyasət dəyişikliklərindən biri olacaq.
Honq-Konq və Şanxay pilot bölgələr olacaq
Çinli rəsmilər, Honq-Konq və Şanxay şəhərlərinin yaxınlaşan tənzimləmələrin tətbiqində öncül rol oynayacağını açıqlayıb. Avqustun 1-də qüvvəyə minən Honq-Konq sabit kripto qanunu, bu bölgəyə hüquqi infrastruktur təmin edir. Çin Mərkəzi Bankının (PBOC) müşaviri Huanq Yipinq, Honq-Konqda ofşor yuan dəstəklı sabit kriptovalyutanın mümkünlüyünü qeyd edib.
Eyni zamanda, Şanxayda da rəqəmsal yuan üçün beynəlxalq əməliyyat mərkəzinin yaradılması prosesi davam edir. Çin hökuməti bu addımları yuanın sərhədlərarası əməliyyatlarda istifadəsini artırmaq üçün strateji vasitə kimi qiymətləndirir.
ŞƏT zirvəsi və beynəlxalq əməkdaşlıq gündəmdə
Yuanın qlobal istifadəsini artırmaq məqsədilə Çin, 31 avqust-1 sentyabr tarixlərində Tianjində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Zirvəsində sabit kriptovalyutaların istifadəsini müzakirəyə çıxaracaq. Zirvədə, yuan dəstəklı sabit kriptovalyutaların sərhədlərarası ödənişlərdə tətbiqi ilə bağlı çoxşaxəli danışıqların aparılması gözlənilir.
“Standard Chartered”in proqnozlarına görə, hazırda 247 milyard dollar dəyərində olan sabit kriptovalyuta bazarının 2028-ci ilə qədər 2 trilyon dollara qədər böyüyəcəyi gözlənilir. Çin bu fürsətdən yararlanmaq üçün hərəkət planını sürətləndirir.