Federal Mənzil Maliyyələşdirmə Agentliyi (FHFA) direktoru Bill Pulte, Tramp administrasiyasının demokrat təyinatlar və şəxslərə qarşı son addımı olaraq, baş prokuror Pam Bondi və FED-in vitse-prezidenti Liza Kuk haqqında araşdırma aparılması üçün təşviq edib.
Trampın sadiq müttəfiqi olan FHFA direktoru Bill Pulte 15 avqust tarixində Bondi və Ədliyyə Nazirliyinin rəisi Ed Martinə Kukun qanun pozuntusu edə biləcəyini irəli sürən məktub göndərib.
“Bloomberg News”in əldə etdiyi məktubda qeyd olunur ki, Kuk “daha əlverişli kredit şərtləri əldə etmək üçün bank sənədlərini və mülkiyyət qeydlərini saxtalaşdırıb və potensial olaraq cəza qanunvericiliyi çərçivəsində ipoteka saxtakarlığı edib”.
Pulte həmçinin iddia edir ki, Kuk Ann Arbor (Miçiqan) və Corciya ştatındakı mülklər üçün ipoteka götürüb, hər mülkü ən az bir il əsas yaşayış yeri kimi istifadə edəcəyinə dair müqavilələr imzalayıb, lakin sonradan Corciya ştatındakı mülkü kirayəyə verib.
Tramp çərşənbə günü məktubu əsas gətirərək, Kuk-un istefasını tələb edib. Tramp sosial mediada yazıb: “Kuk istefa etməlidir, dərhal!!!”
Pulte isə öz növbəsində sosial mediada paylaşım edərək, iddiaların Trampın Kuku işdən çıxarması üçün əsas olduğunu bildirib.