Polşada hələ müəyyən edilməyən bir obyektin qarğıdalı tarlasına düşərək partladığı, hadisə nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib.
Polşa xəbər agentliyi PAP-ın məlumatına görə, partlayış ölkənin şərqində, Lukov bölgəsinə bağlı Osini qəsəbəsində baş verib. Bu bölgə Ukrayna sərhədindən təxminən 100 kilometr məsafədə yerləşir.
Polis açıqlamasında, partlayış nəticəsində ölən və ya yaralanan olmadığı, lakin bəzi evlərin pəncərələrinin sındığı qeyd olunub.
Hadisə yerində kömürləşmiş metal və plastik qalıqların tapıldığı, genişmiqyaslı araşdırmanın aparıldığı bildirilib.
Polşa Hava Hərəkətləri Mərkəzi ilkin qiymətləndirməyə görə, obyektin köhnə pərli mühərrikə aid ola biləcəyini qeyd edib.
Polşa Silahlı Qüvvələri Hərəkət Komandanlığı isə Ukrayna və ya Belarusdan Polşa hava sahəsinin pozulmadığını, lakin təhlükəsizlik tədbirləri çərçivəsində hava sahəsinin nəzarətdə olduğunu açıqlayıb.