Vaxt.Az

Papadan sülh çağırışı


 

Avqust 22-si dua və oruc günü olacaq

Papadan sülh çağırışı Katoliklərin ruhani lideri və Vatikanın Dövlət başçısı Papa XIV Leo, Yaxın Şərq və Ukrayna üçün atəşkəs çağırışı edib.

Papa çərşənbə günləri keçirilən həftəlik ümumi qəbul sessiyasında çıxış edərək, Yaxın Şərqdəki vəziyyəti və Rusiya-Ukrayna müharibəsinə dair fikirlərini bildirib. O, avqustun 22-nin “sülh, ədalət və silahlı münaqişələrdə əziyyət çəkənlər üçün” dua və oruc günü olacağını açıqlayıb.

Papa XIV Leo daha əvvəl də Qəzzada beynəlxalq humanitar hüquq qaydalarına riayət olunması və atəşkəs tətbiq edilməsi çağırışı etmişdi.

 





20.08.2025    çap et  çap et