Vaxt.Az

Erin yaxınlaşır


 

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Erin yaxınlaşır ABŞ-ın Şimali Karolina ştatı qubernatorluğundan verilən məlumata görə, Erin qasırğası Karib dənizindən sürətlə ABŞ-ın şərq sahillərinə doğru yaxınlaşır.

Ştat idarəsi sahilboyu zolaqda lazım olan texnika və personal dəstəyini artırıb. Qubernator Coş Stayn (Josh Stein) yaxınlaşan qasırğa təhlükəsi səbəbilə bütün ştat üzrə fövqəladə vəziyyət elan edib.

Hündürlüyü və şiddətinin artacağı proqnozlaşdırılan Erin qasırğasının sel, eroziya və təhlükəli dalğalara səbəb olacağı gözlənilir.

Vətəndaşlara fövqəladə vəziyyət çantası hazırlamaq və lazım gəldikdə təxliyə təlimatına hazır olmaq tövsiyə edilib.

ABŞ Milli Qasırğa Mərkəzi avqustun 15-də tropik fırtınadan qasırğaya yüksələn Erinin avqust 16-da “fəlakət” mənasını verən “5-ci kateqoriya”ya çatdığını açıqlamışdı.

 





20.08.2025    çap et  çap et