Vaxt.Az

NATO zirvəsi Ankarada keçiriləcək


 

2026-cı ildə baş tutacaq tədbirlə Türkiyə ikinci dəfə sammitlə ev sahibliyi edəcək

NATO zirvəsi Ankarada keçiriləcək NATO-2026 Liderlər Zirvəsinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini açıqlanıb.

NATO-nun sosial media hesabında verilən açıqlamada bildirilir ki, NATO Baş Katibi Mark Rutte növbəti zirvənin Türkiyənin paytaxtı Ankaradakı Beştepe Kompleksində keçiriləcəyini elan edib.

Rutte Türkiyəyə bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib və vurğulayıb ki, ölkə 70 ildən artıqdır NATO-nun güclü üzvü olaraq ortaq təhlükəsizliyə əvəzsiz töhfələr verib: “Növbəti zirvə zamanı liderlər NATO-nu daha güclü, daha ədalətli və daha təsirli bir ittifaq halına gətirməyə davam edəcək və təhlükəsizliyimizə yönəlmiş kritik çağırışlara cavab verməyə hazır olacaqlar”.

Türkiyə 2004-cü ildə İstanbulda keçirilən zirvədən sonra ikinci dəfə NATO zirvəsinə ev sahibliyi edəcək.

 





20.08.2025    çap et  çap et