Vaxt.Az

Ziyafət adası


 

555 minə alınan 10 hektarlıq ərazi 3 milyon funt-sterlinqə satılır

Ziyafət adası 17 il boş qalmış tarixi qala öz gecə klubu ilə istifadəyə hazır “ziyafət adası”na çevrilib. “Thorne” adasındakı 19-cu əsrdə Napoleon dövrünə aid qalada xidmət edən təxminən 100 zabitə ev sahibliyi edirdi. Qala o dövrdə Milford Haven sahilindəki vacib dəniz bazasını qorumaq üçün tikilmişdi.

1947-ci ildə hotelə çevrilmiş qala 1999-cu ilə qədər doğum günü, toy və bəy çıxışı mərasimləri üçün icarəyə verilirdi.

Yeni planı və hotelin yenidən açılması təklif edilmişdi, lakin keçmiş proqram təminatı CEO-su Mayk Konner 2017-ci ilin mayında 555 min funt sterlinqə (təxminən 1 milyon 258 min manat) alana qədər ada boş qalmışdı.

5 il davam edən və inşaat materiallarının helikopterlə daşındığı yenidənqurma işlərindən sonra ada 3 milyon funt sterlinqə (6,86 milyon manat) satışa çıxarıla bilər.

Təxminən 10 hektarlıq ada sahil mənzərəsi, 743 m² yaşayış sahəsi, helikopter meydançası və gecə klubu ilə diqqət çəkir.

Konner adada 50-ci doğum günündə festival təşkil etmiş və adanın alıcışının da eyni zövqü yaşamasını ümid etdiyini bildirib.

O, adanın turistik cazibə və ya “heç kəs narahat olmayacaq” unikal ziyafətlərə ev sahibliyi potensialını yüksək qiymətləndirir.

Konner təxminən 800 nəfərlik qonaq qəbul edərək “inanılmaz 24 saatlıq təcrübə” təmin edə biləcəyini söyləyib.

BBC-yə verdiyi müsahibədə, layihəyə başladığı zaman nəyin içində olduğunu bilmədiyini deyib.

Elektrik və su yox idi. Ərzaq adaya gətirilməli, tullantılar isə əsas quru hissəyə daşınmalı idi.

Xanımı adanı ilk aldığını eşidəndə çox əsəbiləşmiş, sifonlu tualet olarsa qalacağını demişdi.

Bioloji həzm pompasına çatmaq üçün 4,8 metrlik qayanı kəsməli olmuş, bu işin xərci 200 min funt sterlinqə (təxminən 457 min manata) başa gəlmişdi.

Təmir işləri zamanı iki həftəlik növbələrdə adada qalan işçilər, telefonlarını şarj etmək üçün generator istifadə etmiş və dənizdə yuyunmuşdular.

Layihə tamamlanıb “Strutt & Parker” əmlak agentliyinin elanına görə ziyarətçiləri geniş açıq planlı qəbul, yemək və oturma otağına açılan görkəmli giriş zalı, ənənəvi kərpic işçiliyi, hündür tavanlar, cüt kanatlı pəncərələr və odun sobası qarşılayır.

Müasir tipli açıq mətbəx tam təchiz olunub. Odun sobası və dəniz mənzərəsi ilə rahat oturma sahəsi təqdim edir. 5 yataq otağı ilə ada 20 nəfərə qədər insanın qalması mümkündür.

Şəbəkədən tam müstəqil olan qala 100 kWh enerji saxlama batareyasına malik PV günəş panelləri, hava mənbəli istilik nasosları ilə isti su üçün yerin altından isitmə və 250 min litrlik yağış suyu yığımı sistemlərinə malikdir.

 





20.08.2025    çap et  çap et