Vaxt.Az

Futbolumuzda ağır itki


 

«Qadın» yığmasının, «U-17» və «U-19» komandalarının baş məşqçisi dünyadan köçdü

Futbolumuzda ağır itki Qadınlardan ibarət milli komandamızın sabiq baş məşqçisi Şamil Heydərov 77 yaşında dünyasını dəyişib.


1937-ci ildə anadan olan mütəxəssis bir müddət idi müalicə olunurdu. O, ürək ağrılarından əziyyət çəkirdi.

Qeyd edək ki, Heydərov müxtəlif vaxtlarda Mingəçevirin «Avtomobilçi» komandasının baş məşqçisi olub. Daha sonra «Neftçi»də Ruslan Abdullayevin, Əhməd Ələsgərovun köməkçisi olub.

Mütəxəssis bir müddət qadınlardan ibarət Azərbaycan yığmasının, «U-17» və «U-19» komandalarının, eləcə də «Ruslan-93» klubunun baş məşqçisi olub.

 





16.06.2014    çap et  çap et