Alimlər dünyanın sonunun yaxın olduğunu göstərən yeni araşdırma dərc ediblər və nəticələr hər kəsi təəccübləndirib.
On illərdir qlobal çöküş ehtimalı mövzusunda ciddi və geniş araşdırmalar aparılır. Bu araşdırmalarda, dünyanın qlobal çöküşü halında sığınmaq üçün ən təhlükəsiz ölkələr müəyyən edilib.
Bu ölkələr arasında Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti yer alır. Yeni Zelandiya, geotermal və hidroelektrik enerjiyə malik olması, bol kənd təsərrüfatı torpaqlarına sahib olması və aşağı əhali sıxlığına görə siyahıda birinci sırada qərarlaşıb.
***
Alimlər bildirib ki, enerji əsaslı qlobal iqtisadiyyatın bir-birinə mürəkkəb şəbəkələrlə bağlı olması nəticəsində yaranan ekoloji zərər insan sivilizasiyasını “təhlükəli vəziyyətə” qoyub. Onlar qeyd ediblər ki, şiddətli maliyyə böhranı, qlobal istiləşmənin təsirləri, təbii mühitin dağıdılması, “COVİD-19”dan daha pis bir pandemiya və ya bunların birləşməsi qlobal çöküşə səbəb ola bilər.
Hansı ölkələrin belə çöküşə qarşı daha dözümlü olduğunu qiymətləndirmək üçün ölkələr əhali üçün ərzaq istehsalı, sərhədlərin istənməyən kütləvi miqrasiyadan qorunması, elektrik şəbəkələri və bəzi istehsal imkanları kimi kriteriyalara görə sıralanıb. İlıman iqlimə malik və əhali sıxlığı aşağı olan adalar ilk sırada yer alıb.
Alimlər həmçinin, araşdırmalarının ölkələrin dayanıqlığını artırmaq üçün hansı faktorları yaxşılaşdırmalı olduğunu vurğuladığını bildiriblər. Qloballaşmış və iqtisadi məhsuldarlığa önəm verən cəmiyyətin dayanıqlığa zərər verdiyini və ərzaq və digər həyati sektorlar üçün ehtiyat kapasitesinin vacib olduğunu qeyd ediblər.
***
“Sustainability” jurnalında dərc olunan araşdırmada, milyarderlərin qiyamət günü üçün Yeni Zelandiyada sığınacaq məqsədilə torpaq aldıqları bildirilib. İngiltərədəki “Anglia Ruskin” Universitetinin Qlobal Dayanıqlılıq İnstitutundan Aled Cons, “Yeni Zelandiya siyahımızda olmasına təəccüblənmədik. Sərhədləri asanlıqla qoruna bilən və iqlimi mülayimliyi olan bölgələr ən təhlükəsiz yerlərdir. Geri baxdıqda, böyük adaların siyahının başında olması açıq-aydın görünür”, – deyib.
İngiltərənin siyahıda olması təəccüblüdür
“İngiltərənin mümkün fəlakətə qarşı dayanıqlı olması bizi təəccübləndirdi. Ölkə sıx əhaliyə və ənənəvi olaraq xarici istehsala malikdir. Hazırda öz ərzağının yalnız 50%-ni istehsal edir. Buna baxmayaraq şoklara qarşı dözümlülük potensialı var”, – Cons deyib.
Araşdırmanın müəllifləri həmçinin ətraf mühitin dağıdılması, məhdud resurslar və əhali artımı səbəbilə dünyanın gələcəyinin böyük təhdid altında olduğunu vurğulayıb.
“Canqurtaran qayığı”
Alimlər, digər tərəfdən “dəhşətli sosial çöküşlərdən təsirlənməyən” və buna görə də əhalisini nisbətən qoruyabilən yerləri “canqurtaran qayığı” adlandırıblar.
“Böyük qlobal ərzaq itkiləri, maliyyə böhranı və pandemiya son illərdə ard-arda baş verib. Bunlar eyni anda baş vermədiyi üçün şanslıyıq. Amma bunların eyni ildə baş verməməsi üçün real bir səbəb yoxdur”.