Vaxt.Az

“Atəşkəs asanlıqla pozula bilər”


 

Vitkoff: “Sülh sazişinə necə nail ola biləcəyimiz barədə irəliləyiş əldə etdik”

“Atəşkəs asanlıqla pozula bilər” ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaska ştatındakı görüşündə Rusiya rəsmilərinin “qısa müddətdə güzəştlər verdiyini” bildirib.

Vitkoff, “Fox News”ə verdiyi müsahibədə, “Alyaskadakı ilk görüşdə ruslar qısa müddətdə güzəştlər verdilər və bu güzəştləri əldə etməyin bir hissəsi, rusların razılaşmağa hazır olub-olmadığını görməyə əsaslanırdı”, – deyib.

Güzəştlərin detalları barədə danışmayan Vitkoff, danışıqların müvəqqəti atəşkəsdən daha çox uzunmüddətli sülh sazişi əldə etməyə yönəldiyini bildirib: “Orada uzun müddət qaldıq, çünki sülh sazişinə necə nail ola biləcəyimiz barədə irəliləyiş əldə etdik. Atəşkəs sazişi çox asanlıqla pozula bilər, çünki zəruri bütün elementləri ehtiva etmir”.

Trampın xüsusi nümayəndəsi avqustun 17-də Putinin sülh sazişinin bir hissəsi olaraq “Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini” qəbul etdiyini də bildirmişdi.

Tramp avqustun 15-də Alyaska ştatında Rusiya Prezidenti Vladimir Putin ilə görüşmüş, yekun sazişin əldə olunmadığını açıqlamışdı.

ABŞ Prezidenti Tramp daha sonra Ağ Evdə Zelenski və Avropalı liderlərlə bir araya gəlmiş, görüşə NATO Baş Katibi Mark Rutte, Avropa Birliyi (AB) Komissiya Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Finlandiya Prezidenti Aleksander Stubb, İtaliya Baş naziri Corciya Meloni və Almaniya kansleri Fridrix Merz qatılmışdı.

 





20.08.2025    çap et  çap et