Vaxt.Az

Millət vəkili parlamentdə ölü tapıldı


 

Finlandiyalı siyasətçinin intihar etdiyi deyilir

Millət vəkili parlamentdə ölü tapıldı Finlandiyalı siyasətçi, millət vəkili Eemeli Peltonen, dünən Helsinki şəhərindəki parlament binasında ölü tapılıb. Yerli medianın məlumatına görə, hakimiyyət orqanları hadisəni intihar kimi qiymətləndirir.

SDP-nin Parlament qrupu rəhbəri Tyutti Tuppuraynen açıqlamasında, “Toplumumuzun çox sevilən üzvü idi, onun üçün çox darıxacağıq. Gənc bir həyat çox erkən sona çatdı”.

Parlament yay tətilində olmasına baxmayaraq, Baş Nazir Petteri Orpo hörmət əlaməti olaraq dünən bütün siyasi işləri dayandırdı və Peltonen üçün bir dəqiqəlik sükut elan etdi.

Parlamentin sədri Yussi Halla-aho “X” sosial media platformasındakı paylaşımında Peltonenin partiyalar üstü hörmət qazanmış, sevilən bir həmkar olduğunu yazdı.

Polis dünən səhər parlament binasına çağırıldı və bir neçə saat ərzində Peltonenin ölümü parlamentin rəsmi açıqlaması ilə təsdiqləndi. Polis hadisədə şübhəli heç bir vəziyyətin olmadığını bildirdi.

Peltonen siyasi karyerasına çox gənc yaşda başlamışdı. 18 yaşında Yarvenpyaa Bələdiyyə Məclisinə seçilmişdi. Lakin son həftələrdə siyasətdən uzaq qalmış, iyun ayında böyrək problemi və ardından yaranan infeksiya səbəbilə iclaslarda iştirak edə bilmədiyini açıqlamışdı.

Sosial mediada son paylaşımında isə xəstəxanadan buraxıldığını, amma yaz boyunca sağlamlıq iznində olacağını və səhhətinə fokuslanacağını bildirmişdi.

 





20.08.2025    çap et  çap et