Vaxt.Az

“Google”dan “Apple”ə güc nümayişi


 

“Pixel 10” ilə süni intellekt yarışında sürəti artırır

“Google”dan “Apple”ə güc nümayişi “Pixel 10”un önəmli yeniliklərindən biri “Magic Cue” oldu. Bu xüsusiyyət istifadəçilərin ehtiyac duyduğu məlumatları cihazdan avtomatik çəkib doğru anda ekrana gətirir.

“Google” bu gün təqdim etdiyi yeni “Pixel 10” ağıllı telefon seriyası ilə süni intellekti daha bir addım irəli daşıdı. Dörd fərqli modeldən ibarət olan “Pixel 10” seriyası, cihazdakı məlumatları avtomatik ortaya çıxaran, foto çəkərkən çərçivə və işıq tövsiyələri verən yeni süni intellekt funksiyası ilə gəlir.

“Apple”ın “iPhone”da məhdud süni intellekt imkanları ilə müqayisədə, “Google”ın “Pixel 10”la təqdim etdiyi xüsusiyyətlər rəqibinə ciddi çağırış hesab olunur. Xüsusilə “Siri”nin hələ də gözlənilən səviyyədə inkişaf etməməsi “Google”ın əlini gücləndirir.

 

Yeni xüsusiyyətlər: “Magic Cue” və “Camera Coach”

 

“Pixel 10”un önəmli yeniliklərindən biri “Magic Cue” oldu. Bu xüsusiyyət istifadəçilərin ehtiyac duyduğu məlumatları cihazdan avtomatik çəkib doğru anda ekrana gətirir. Məsələn, bir hava yolu çağırıldığında “Magic Cue”, “Gmail” və ya “Google” təqvimdəki uçuş məlumatlarını dərhal göstərə bilir.

Digər xüsusiyyət “Camera Coach” isə foto çəkilişi zamanı ən yaxşı kadr və işıq bucağını tövsiyə edir. Həmçinin hansı lens rejiminin daha uyğun olduğunu müəyyən edərək daha keyfiyyətli fotoşəkillər əldə etməyə kömək edir.

 

Peşəkar modellərdə inkişaf etmiş imkanlar

 

“Pixel 10 Pro” və “Pixel 10 Pro XL”, 100 dəfəyə qədər yaxınlaşdırma təmin edən “Super Res” xüsusiyyəti ilə gəlir. Bu texnologiya, proqram təminatı və süni intellekt sayəsində uzaq məsafələrdəki obyektlərin detallı şəkildə görünməsini təmin edir.

“Google” həmçinin “Pro” və “Pro XL” modellərini alanlara “Gemini” süni intellekt alətlərini əhatə edən “AI Pro” planına 1 illik pulsuz abunəlik də təqdim edir.

 

Qiymətlər sabit qaldı

 

Yeni seriyanın qiymətləri keçən ilki “Pixel 9” modelləri ilə eyni səviyyədə saxlanıldı:

“Pixel 10” – 800 dollar

“Pixel 10 Pro” – 1000 dollar

“Pixel 10 Pro XL” – 1200 dollar

“Pixel 10 Pro Fold” (qatlanan) – 1800 dollar

Bütün modellər 28 avqustdan satışa çıxacaq. Qatlanabilən versiya isə 9 oktyabrda satışda olacaq.

Analitiklər bildirir ki, “Google” münasib qiymət siyasətini qoruyaraq və süni intellekti məhsullarının mərkəzinə yerləşdirərək rəqabəti gücləndirib. Bu vəziyyət xüsusilə qarşıdakı ay təqdim olunacaq “iPhone”un üzərindəki təzyiqi artırması gözlənilir.

 





20.08.2025    çap et  çap et