Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev Fransanın Ukraynaya əsgər göndərmə fikrinə kəskin reaksiya verib. O bildirib ki, Ukraynada sülh gücü adı altında NATO birliklərinin yerləşdirilməsini Moskva heç vaxt qəbul etməyəcək.
Medvedev, “X” sosial platformasındakı paylaşımında Fransa prezidenti Emmanuel Makronun bu mövzuda geri addım atmadığını vurğulayıb: “Sülh gücü adı ilə NATO qoşunlarına yox. Rusiya belə bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək”.
“Qalya xoruzu” bənzətməsi
Makronu hədəf alan Medvedev Fransa prezidenti sərt ifadələr işlədib: “Qalya xorozu – amma səsi kəsik, yazıq bir quş. Tövlənin kralı olduğunu sübut etmək üçün banlamağa davam edir”.
Xatırladaq ki, avqustun 18-də Vaşinqtonda keçirilən görüşdən sonra Avropa Birliyi liderləri, ABŞ-ın da daxil olacağı və NATO-nun 5-ci maddəsinə bənzər güclü təhlükəsizlik mexanizmi qurmağın vaxtı çatdığını bəyan etmişdi.
çap et