Börns, “The Atlantic” jurnalında dərc olunan “Amerikanın kənara atılmış dövlət qulluqçularına məktub” başlıqlı məqaləsində yazıb: “Bu, islahat deyil, intiqamdır. İnsanları və institutları sındırmaq, hökumətin hər tərəfinə qorxu və etimadsızlıq yaymaqdır. Avtoritarların etdiyi də budur”.
“Travmatik və dağıdıcı”
Börns islahat ehtiyacını qəbul etdiyini, lakin bunun “ağıllı və insani şəkildə” həyata keçirilməli olduğunu vurğulayıb. O, Trampın metodunu isə “travmatik və dağıdıcı” kimi dəyərləndirib.
Fərqli baxışların susdurulmasının faciəvi nəticələr doğurduğunu bildirən sabiq MKİ rəhbəri, “Trampın arzuladığı şey “dərin dövlət” deyil, institutların zəifləməsi və demokratiyanı ayaqda saxlayan mexanizmlərin çökdürülməsidir”, – deyib.