“Brent” markalı xam neft fyuçersləri 0,52% və ya 0.35 dollar bahalaşaraq 67,19 dollara, ABŞ-ın “WTI” markalı nefti isə 0,57% və ya 0,36 dollar artaraq barel başına 63,07 dollara qalxıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) açıqlamasına görə, ötən həftə ölkədə xam neft ehtiyatları 6 milyon barel azalaraq 420,7 milyon barelə düşüb. Halbuki analitiklər sadəcə 1,8 milyon barellik azalma gözləyirdilər.
Eyni zamanda benzin ehtiyatları da 915 min barellik azalma proqnozunun əksinə olaraq 2,7 milyon barel azalıb. Bu, yay mövsümündə avtomobil istifadəsi ilə bağlı sabit tələbi göstərir. Bundan başqa, son dörd həftənin orta hesabla aviasiya yanacağı istehlakı 2019-cu ildən bəri ən yüksək həddə çatıb.
Azərbaycan brendi “Azeri Light” nefti 0,4 dollar və ya 0.5% bahalaşaraq, 73,30 dollara ticarət olunur.