Vaxt.Az

“Jackson Hole” gözləntisi


 

“Qızıl 3.400 dollara yüksələ bilər”

“Jackson Hole” gözləntisi İnvestorlar ABŞ Mərkəzi Bankının (FED) pul siyasətinə dair konkret siqnal verməməsinin ardından geri çəkildi. İndi diqqət mərkəzində “Jackson Hole” iqtisadi simpoziumu çərçivəsində veriləcək açıqlamalardır.

Spot qızıl 0,2% bahalaşaraq 3.339,97 – 3.341,93 dollar səviyyəsində ticarət olundu. ABŞ dollar indeksinin 0,1% qalxması, dollarla qiymətləndirilən qızılı xarici alıcılar üçün daha bahalı hala gətirdi.

21–23 avqust tarixlərində keçiriləcək “Jackson Hole” simpoziumunda FED sədri Cerom Pauellin cümə günü edəcəyi çıxış xüsusi əhəmiyyət daşıyır. İnvestorlar diqqətlə izləyəcək: Pauell əmək bazarını dəstəkləyən tədbirləri önə çəkəcək, yoxsa inflyasiya risklərini vurğulayacaq?

“Singapore GoldSilver Central”ın baş direktoru Brayan Lan qızıl qiymətlərində kəskin artım gözləmədiklərini bazarın hazırda konsolidasiya mərhələsində olduğunu bildirib: “Faizlər az da olsa endirilərsə, qızıl 3.400 dollara yüksələ bilər. Əks halda qiymətlər konsolidasiya olunmağa davam edəcək və ya 3.300 dollaradək geriləyə bilər”.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp, Miçiqan və Corciyadakı ipotekalara dair iddialar səbəbindən FED İdarə Heyəti üzvü Liza Kukun istefasını tələb edərək, mərkəzi bank üzərində təsirini artırmaq cəhdlərini davam etdirir. Rusiya isə Ukraynaya dair təhlükəsizlik məsələlərinin Moskvanın iştirakı olmadan həll olunmasının “çıxılmaz yol” olduğunu bəyan edib.

 





21.08.2025    çap et  çap et