Vaxt.Az

Paltarı əynində, bileti cibində


 

İtkin düşən şəxs 30 il sonra evinə qayıtdı

Paltarı əynində, bileti cibində Rumıniyada 1991-ci ildə itkin düşən bir kişi, 30 il sonra itkin düşdüyü gün geyindiyi eyni paltarlarla geri qayıdıb.

Bacau şəhərində təsərrüfatla məşğul olan Vasile Qorqos, 1991-ci ildə birdən-birə yoxa çıxmışdı. Həmin vaxt 63 yaşı olan Gorgos-un ailəsi polisə itkin müraciəti etmiş, uzun illər davam edən axtarışlara baxmayaraq heç bir iz tapılmamışdı.

Tam 30 il sonra, 29 avqust 2021-də Qorqos ailəsinin evinin önündə bir maşından düşərkən görünüb. 93 yaşındakı kişi itkin düşdüyü gün geyindiyi paltarları və o dövrə aid qatar biletini hələ də yanında saxlayırdı. Lakin Qorqos keçən illəri heç xatırlamır və bu müddət ərzində evdə olduğunu iddia edirdi.

Tibbi müayinələr göstərdi ki, Qorqosun fiziki sağlamlığı kifayət qədər yaxşıdır, lakin 1991–2021-ci illər arasında baş verənləri xatırlamır.

O yalnız itkin düşməzdən əvvəlki həyatı ilə bağlı əsas məlumatları xatırlaya bilir; ailəsini, təsərrüfatını və doğum tarixini tanıyır.

Qorqosun 30 il ərzində nə etdiyi hələ də məlum deyil. Bəzi mütəxəssislər yaddaş itkisi və ya ciddi dissosiativ pozuntu ehtimalını qeyd edir, bu hadisə həm ailəsi, həm də Rumıniyada böyük maraq doğurmağa davam edir.

 





21.08.2025    çap et  çap et