Guya Azərbaycanı Rusiyaya qarşı qaldıran Londondur. London “City”, iş mərkəzi, Ağ şəhəri.
Guya ki, Rusiya ilə münasibətlərdəki gərginlikdə Rusiyalıq, Kremllik heç nə yox imiş. Sadəcə Azərbaycan Rusiyanı atıb, keçib London tərəfinə.
Ümumiyyətlə, son vaxtlar diqqət etsəniz komplo yayanlar çoxalıb.
Vatikan elə gəldi, London belə getdi, transmilli korporasiyalar burdan getdi, dünyanı bir neçə ailə idarə edir – filan.
Mən dünyanın idarə olunmasında, geopolitik dalğalanma və titrəyişlərdə hansısa qlobal qrupların rolunu istisna etmirəm. Onlar həm ölkələriçi, həm də qlobal sürəcləri yönləndirə bilərlər.
Amma onu da görürəm ki, Rusiya belə maraqlı komploların yaranması və yaxşıca yayılmasında çox maraqlıdır. İnanıram ki, Kreml bəzi tanınmış komploçuları hətta yaxşıca dəstəkləyir.
Çünki, rus imperiya şovinizmi Kreml Ukraynaya, Qərbə, qonşularına qarşı aqressiyasını nə iləsə izah etməyə çalışmalıdır axı. Ən işəyarayan əlverişli damğa həmin komplolardır.
Azərbaycanda belə komplolara ağzıaçıq heyranlıqla qulaq asanlar az deyil.
Komploçulara görə Ukraynanı Rusiyaya qarşı “qaldıran” (yəni Rusiya yox, Ukrayna qalxıb Rusiyaya qarşı) dünyanı yenidən bölmək istəyən və Rusiyanı parçalamaq istəyən qlobal ittifaqlardır. Dalınca da ay Londonun bu planları var, ay Vatikan bunu istədi, ay Rokfeller belə getdi…
Bir yandan ruslara aşılayırlar ki, bizim savaşmaqdan başqa çarəmiz yoxdur. Keçmiş qardaşlarımızı, pravoslav, bizim fildə danışan ukraynalıları aldadıb üstümüzə göndəriblər.
O biri yandan Ukraynalılara aşılayırlar ki, sizi qurbanlıq quzu kimi onlar atıblar ortalığa, parçalanmağa. Bizlik deyil.
İndi eyni damğanı Azərbaycana vurmaq istəyirlər.
Azərbaycanı yoldan çıxaran Britaniyadır.
Guya Turan layihəsi də onlarındır. Guya Türkiyəni də onlar idarə edirlər.
Guya Türküstana çıxmaq üçün Güney Qafqazı ələ keçirmək istəyirlər.
Eyni komplo damğaları Tehran panfars molla rejimindən də eşidirik. İngilis planı, İngilisə bağlı Bakı rejimi. Sionistlərə bağlı Bakı. Bu gələcək hücumlar üçün ideoloji təməl rolunu oynamalıdır İran farsçı rejim üçün.
Erməni revanşıst qruplar da təkrarlayırlar bunu tez-tez.
Tək Britaniya yox, bütün Avropa, ən çox da Almaniya, Polşa, eləcə də Fransa və İtaliya aqqressiv Rusiyanın cilovlanmasını istərdilər. Başqa seçim də verməyib Rusiya onlara. Ha dilə tutdular ki müharibə etməsin, faydası olmadı.
2008-də Gürcüstana hücum edəndə Kremllə dil tapmağa çalışdılar, faydası olmadı.
2014-də Krıma girdi, Donbası tutdu faktiki. Ruslarla Danışıqlar fayda vermədi.
Sonra da Rusiya Ukraynanı tam işğala və dağıtmağa başladı və 3 ildir savaşdadır.
İndi təbii ki, Rus militarist şovinizminin əl-qolunu sarımaq istəyərlər.
Üstəlik, həm ABŞ, həm Avropa Rusiyaya, Çinə, həm də İrana təsir baxımından Türküstanın önəmli strateji rolu olduğunu anlayır. Bu səbəbdən Qərb Türküstanın Rusiya təsirindən qopması, amma Çin təsiri altına düşməməsinə çalışır.
Çinlə Avropa arasında alternativ etibarlı quru yol üçün də Türkiyədən, Güney Qafqazdan, Türküstandan keçən marşrut gərəkli olub indi.
Bu layihə çoxdan var idi. Rusiyadan keçən hazır yol şəbəkəsi bütün yükü öz üzərinə götürə bilirdi. İndi bağlanıb. Rusiyanın Ukraynaya təcavüzünə görə.
Bütün bunlar tək Britaniya yox, bütün Avropa, həm də ABŞ üçün önəmlidir.
Nə isə.
Komplo propoqandasından, komploçulardan ehtiyatlı olun.