Los-Alamos Milli Laboratoriyasından nüvə fiziki Terense Tarnovski füzyon təcrübələrində istifadə edilən kritik yanacaqlardan biri olan tritiumun dünyada son dərəcə məhdud olduğunu xatırladaraq, çıxış yolunun nüvə tullantılarında ola biləcəyini bildirib.
Tarnovskinin hazırladığı metoda görə, nüvə tullantıları super keçirici xətti sürətləndirici vasitəsilə işlənib ərimiş litiumla əhatə edildikdə, həm uran və plutoniumun parçalanması sürətlənir, həm də tritium istehsal olunur. Araşdırmaya əsasən bu üsul, eyni gücdəki bir füzyon reaktoru ilə müqayisədə 10 dəfə daha çox tritium istehsal edə bilər.
Bu yanaşma yalnız yeni yanacaq təmin etmir, həm də uzunmüddətli saxlanması çox bahalı olan radioaktiv tullantıların azaldılmasına imkan yarada bilər.
Bununla belə, mütəxəssislər ehtiyatlı davranır. Füzyon enerjisinin praktik elektrik istehsalı üsuluna çevrilməsi hələ uzun illər ala bilər. Son təcrübələrdə yeni-yeni sərf ediləndən daha çox enerji əldə olunmağa başlasa da, plazmanı son dərəcə yüksək temperatur və təzyiq altında sabit saxlamaq kimi böyük mühəndislik problemləri hələ də həll olunmayıb.