Vaxt.Az

Porsiyası kiçik, vaxtı strateji


 

İtalyanlar makaron yeyib necə arıq qalırlar?

Porsiyası kiçik, vaxtı strateji İtalyanların tez-tez makaron yemələrinə baxmayaraq formada qalmasının sirri porsiya nəzarəti, “al dente” (tam bişməmiş) bişirmə və aralıqlı oruc vərdişlərində gizlənir.

İtaliyada makaron sadəcə yemək deyil, demək olar ki, həyat tərzidir. Ancaq təəccüblü məqam odur ki: Makaron süfrələrin əsas yeməyi olsa da, bu ölkədə piylənmə göstəriciləri bir çox Avropa ölkəsi ilə müqayisədə xeyli aşağıdır. Bunun səbəbi isə makaronun bişirilmə və yeyilmə tərzindədir.

 

“Al dente” bişirmə fərq yaradır

 

Çox bişirilmiş makaron həzm olunmanı asanlaşdırdığı üçün qan şəkərini sürətlə qaldırır və sonra tez düşür. Bu isə az müddətdə təkrar acmağa səbəb olur. Halbuki italyanlar makaronu “al dente” — yəni dişə gələcək (tam bişməmiş) şəkildə bişirirlər. Bu həm uzun müddət tox qalmağı təmin edir, həm də həzmi ləngidir. Üstəlik, daha sərt makaronun üzərinə əlavə edilən sous və pendir kimi kalorili əlavələrin udulmasını azaldaraq onların piyə çevrilməsinin qarşısını alır.

***

İtaliyada makaron adətən günorta yeməyində əsas yemək kimi təqdim olunur. Axşam yeməkləri isə yüngül “antipasti”lərdən ibarət olur, yəni karbohidrat nisbəti azdır. Bundan əlavə, makaron çox vaxt təzə pomidor, zeytun yağı və sarımsaq kimi yüngül ərzaqlarla süfrəyə verilir. Ağırlıqlı qaymaqlı souslar italyan mətbəxində nadir hallarda seçilir.

İtalyanlar üçün yemək tələsik yeyiləcək bir şey deyil. Süfrə başında çox vaxt keçirmək yeməklərin yaxşı çeynənməsinə və toxluq hissinin daha tez hiss edilməsinə imkan verir. Bu da porsiya nəzarətini asanlaşdırır. Makaron çox vaxt başlanğıc yemək kimi təqdim olunur. Əsas yeməklərdə isə zülal və liflə zəngin tərəvəz, balıq və ya ət seçilir. Bu da uzun müddət toxluq yaradır.

Yeməkdən sonra süfrədən əskik olmayan “espresso” da metabolizmi canlandırır. Tərkibindəki kofein yağ yandırmanı dəstəkləyir və həzm sistemini hərəkətə gətirir.

 

Fərqində olmadan aralıqlı oruc

 

Bir çox italyan səhər yeməyini yalnız bir “espresso” ilə keçirir. Bununla 12–16 saatlıq ac qalma müddəti yaranır. Bu isə, bu günlərdə populyar olan aralıqlı oruc sisteminin fərqində olmadan tətbiq edildiyini göstərir. Bu metodun insulin müqavimətini azaldaraq metabolizmi tarazladığı məlumdur.

Zeytun yağının rolu da böyükdür. Aralıq dənizi dietasının əsas sütunu olan bu yağ qan şəkərini tarazlayır, ürək-damar sağlamlığını qoruyur və xolesterini salır.

Az və düzgün qidalanma yanaşması sayəsində italyanlar yalnız sağlam qalmır, həm də fit həyat tərzini davam etdirirlər.

 





21.08.2025    çap et  çap et