Şəhər rəhbərliyi qərarı bölgədən gələn səs-küy və tullantı şikayətlərinə, həmçinin “Bavariya mağazaların bağlanması haqqında” Qanuna əsaslandırır.
Qaydaya görə, bölgədə gecəyarısınadək açıq qalan beş köşk axşam 20:00-da cips rəflərini örtməli, iki saat sonra isə pivə satışını dayandırmalıdır. Satıcılar isə ən çox gəliri 22:00-dan sonra əldə etdiklərini bildirərək, yeni məhdudiyyətlərin qazanc itkisinə səbəb olacağından narahatdırlar.
Şəhər İdarə Dairəsinin (Kreisverwaltungsreferat) açıqlamasına görə, bu tamamilə yeni qayda deyil. “Bavariya mağazaların bağlanması haqqında” Qanuna əsasən, bütün mağazalar, o cümlədən köşklər 20:00-da bağlanmalıdır. Yalnız restoran lisenziyası olan obyektlərdə bu saatdan sonra şüşə pivə satışı mümkündür. Sadəcə indiyədək müəyyən yumşaqlıqlar tətbiq olunurdusa, indi daha ciddi nəzarət aparılır.
Bəzi sakinlər və tələbələr məhdudiyyətə etiraz edirlər. DPA agentliyinə danışan bir tələbə, “Bu tamamilə mənasızdır. Əgər universitet məhəlləsinin mühitini istəmirsənsə, bura köçməzsən”, – deyib.
Rəsmilər isə bildirirlər ki, yeni nəzarətlər nəticəsində səs-küy, zibil və narahatlıqlar azalıb. Bununla belə, hazırda Bavariyada tədris fasiləsi olduğunu da xatırladırlar.