İran dövlət televiziyasının məlumatına görə, “Daimi Qüdrət 1404” adlandırılan raket təliminin əməliyyat mərhələsi bu gün səhər saatlarında start götürüb. Təlimdə hava qüvvələri, dəniz və sualtı bölmələr, sahildən dənizə raket batareyaları, dəniz bazalı raket sistemləri və radioelektron mübarizə bölmələri iştirak edir.
Hind okeanının şimalı və Oman dənizi akvatoriyasında keçirilən təlimdə uzunmənzilli “Bavar-5” kamikadze pilotsuz uçuş aparatının (PUA) 400 kilometrlik məsafə qət edərək əvvəlcədən müəyyən olunmuş hədəfi uğurla məhv etdiyi açıqlanıb. Təlimlərin 2 gün davam edəcəyi bildirilib.