Sörrey (Surrey) bölgəsindəki qayğıevində yaşayan Katerhamın ad günü ailəsi ilə birlikdə qeyd olunub.
“Yeganə istisna Kral III Çarlz ola bilər”
Qayğıevi bildirib ki, “Etel və ailəsi bu il 116-cı doğum gününü qeyd edərkən göstərilən maraq və səmimi mesajlar üçün minnətdardır”. Qeyd olunub ki, Katerham müsahibə verməyəcək, yalnız Kral III Çarlz istisna ola bilər.
Katerham 21 avqust 1909-cu ildə, I Dünya müharibəsindən beş il əvvəl İngiltərənin Şipton Bellinger (Shipton Bellinger) kəndində dünyaya gəlib.
“Ginnes Rekordlar Kitabı”na görə, tarixdə ən yaşlı insan 1997-ci ildə 122 yaş 164 günlük olarkən vəfat edən fransız Jan Kalman (Jeanne Calment) olub.
Katerham uzunömürlülük sirrini isə belə açıqlamışdı: “Heç kimlə əsla mübahisə etmirəm! Dinləyirəm və canım nə istəyirsə, onu edirəm”.