Vaxt.Az

Yanmış avtomobildə meyit tapıldı


 

Almaniya polisi şahid axtarır

Yanmış avtomobildə meyit tapıldı Avqustun 18-də saat 18:20 radələrində Bavyera əyalətində yerləşən yaşayış sahəsində Neunburg vorm Waldda gölü ərazisində tamamilə yanmış avtomobil aşkar edilib. Oberpfalz Polis İdarəsinin açıqlamasına görə, avtomobilin sürücü oturacağında kimliyi müəyyən edilməyəcək qədər yanmış bir meyit olub. Hadisəni iki yerli sakin fərq edərək aidiyyəti orqanlara xəbər verib.

Avtomobildəki meyitin 62 yaşlı avtomobil sahibinə aid ola biləcəyi ehtimal edilir. Məlumata görə, həmin şəxs hadisədən bir gün əvvəl göl ətrafında beş kişi ilə birlikdə spirtli içki qəbul edib. Axşam saatlarında qrup dağılarkən, avtomobil sahibi saat 19:00 radələrində ərazidə tək qalıb.

Amberg Cinayət Polis İdarəsi həm ölən şəxsin kimliyini, həm də ölüm səbəbini müəyyən etmək üçün araşdırma başlayıb. Hazırda hər hansı dava izi müşahidə edilməsə də, hadisədə başqalarının iştirak edib-etmədiyi hələ də aydın deyil. Tibbi ekspertiza ölümün intihar, yoxsa daxili sağlamlıq problemi səbəbilə baş verib-vermədiyi araşdırılır.

Polisin ehtimalına görə, hadisə günü səhər tezdən və ya günorta saatlarında avtomobildə yanğın başlayıb. Bölgədə duman və alovların müşahidə edilməməsi ehtimalı aşağı hesab olunur. Bu səbəbdən, ərazidə yaşayan və həmin saatlarda civarda olan hər kəsin Amberg Cinayət Polisinə müraciət etməsi xahiş olunur.

 





21.08.2025    çap et  çap et