Vaxt.Az

“Ordumuz lazım olanı edir”


 

Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü

“Ordumuz lazım olanı edir” Şimali Koreya lideri Kim Çen In, Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək üçün göndərilən əsgərlərini tərifləyib.

Dövlət mediası KCNA-nın məlumatına görə, Kim Kursk bölgəsində xidmət edən zabit və əsgərlərə “səmimi təbriklərini” çatdırıb.

Kim çıxışında bildirib: “Ordumuz qəhrəman bir ordudur. Ordumuz indi etməli olduğu işi görür və gələcəkdə də davam etdirəcək.”

Qeyd edək ki, Rusiyanın Prezidenti Vladimir Putin keçən həftə Şimali Koreya əsgərlərini “qəhrəman” adlandırmışdı.

Moskva ilə Pxenyan son dövrlərdə getdikcə yaxınlaşır. Ötən il Putinin Şimali Koreya səfəri zamanı tərəflər qarşılıqlı müdafiə müqaviləsi imzalamışdı.

Şimali Koreya apreldə ilk dəfə olaraq əsgərlərinin Ukraynada cəbhə xəttində Rus birliklərinin yanında döyüşdüyünü təsdiqləmişdi. Cənubi Koreya kəşfiyyatına görə, Pxenyan 2024-cü ildə Kursk bölgəsinə 10 mindən çox əsgər göndərib.

Rus ordusunda döyüşən təxminən 600 Şimali Koreya əsgəri həlak olub, minlərlə əsgər isə yaralanıb.

 





21.08.2025    çap et  çap et