Vaxt.Az

«Qarabağ qaytarılacaq»


 

«Kim Azərbaycanı öz yanında birinci görsə, qələbə onun olacaq»

«Qarabağ qaytarılacaq» «3 sentyabr hadisəsi Azərbaycan və Türkiyə üçün revanşın başlanğıcı oldu». Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitiki İqor Muradyan çıxış edib. O, Qərb üçün Azərbaycanın yeganə seçim olduğunu bildirib.


«Rusiya əvvəllər Qarabağın bir hissəsini Azərbaycana verməklə həm İrəvan, həm də Bakı üzərində təsir vasitələrini artırmağa çalışırdı. İndi isə vəziyyət tamam dəyişib. Artıq Rusiya bütöv Qarabağı Bakıya təqdim etmək istəyir. Çünki Azərbaycan yeganə mübarizə meydanına çevrilib. Qərb üçün isə Azərbaycan Qafqazda yeganə seçimdir. Qərb Bakını razı salmaqdan ötrü hər şeyi edəcək. Bu güclərdən hansı Azərbaycanı öz yanında birinci görsə, qələbə onun olacaq».

Xatırladaq ki, ötən il sentyabrın 3-də Ermənistanın Gömrük İttifaqına qoşulacağı ilə bağlı rəsmi mövqeyini Sərkisyan Moskva səfərindən sonra elan etmişdi.

 





16.06.2014    çap et  çap et