Vaxt.Az

Zirzəmidə işgəncə verilib


 

Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib

Zirzəmidə işgəncə verilib Berlinin Kroytsberq (Kreuzberg) bölgəsində zirzəmidə qətlə yetirilmiş halda tapılan Türkiyə əsilli Fərhad D. cinayətində polis şahid axtarışına başlayıb.

52 yaşlı iş adamı müəmmalı qətli polis və prokurorluğu hərəkətə gətirib. Təxminən iki həftə əvvəl çoxmənzilli binanın zirzəmisində tapılan cəsədlə bağlı istintaq davam edir. Rəsmilər indi vətəndaşlardan kömək istəyir.

Avqustun 8-i axşam saat 20:00 radələrində öldürüldüyü güman edilən Fərhad D.-nin meyiti Mittenvalder Straşe küçəsindəki binanın zirzəmisində, gecə saat 01:40-da qonşulardan biri tərəfindən aşkar olunub. Qan içində yatan cəsəd dərhal polisə xəbər verilib. Hadisə yeri iş adamına məxsus olan və arxa həyətdə yerləşən kiçik avtomobil emalatxanasının yaxınlığında idi. Cinayət yerindən yuxarı mərtəbəyə qədər uzanan qan izləri hadisənin şiddətini ortaya qoyub.

Hadisə ilə bağlı indiyədək hər hansı şübhəli müəyyən edilməyib. Cinayət masası tərəfindən aparılan istintaqda əldə olunan azsaylı əlamətlər konkret nəticə verməyib. Polis cinayəti kimin törətdiyi barədə açıqlama vermir, yalnız şübhəlinin hələ də azadlıqda olduğunu bildirir. Prokurorluq isə qətlin necə törədildiyi barədə məlumat paylaşmaqdan çəkinir.

 





22.08.2025    çap et  çap et