Vaxt.Az

Avropada parkın ödənişlər artırır


 

Almaniyada park kartı istifadəsi genişlənir

Avropada parkın ödənişlər artırır Berlin Əyalət Məclisi parkinq kartları ilə bağlı yeni dəyişikliklərə hazırlaşır. Bundan sonra park kartları yalnız yaşadığınız ərazidə deyil, mütəmadi getdiyiniz digər ünvanlarda da keçərli olacaq.

Berlin Əyalətinin Nəqliyyat, İqlim və Ətraf Mühit üzrə senatoru Ute Bonde (CDU) bildirib ki, mövcud sistemdə kart yalnız yaşayış ünvanının yaxınlığında işləyirdi. Yeni modeldə isə sürücülər iş, təhsil və ya qayğı məqsədilə mütəmadi getdiyi digər ərazilərdə də bu kartdan istifadə edə biləcəklər.

Hazırda illik park kartı üçün 10,20 avro ödənilir. Ancaq yeni layihə ilə bu məbləğin 80–120 avro aralığında müəyyənləşdirilməsi planlaşdırılır. Bonde bildirib ki, hazırkı gəlir yalnız inzibati xərcləri güclə qarşılayır, buna görə artım qaçılmazdır.

 

Nə dəyişəcək?

 

İndiki sistemdə hər avtomobil yalnız bir bölgəyə aid kart ala bilir. Digər ərazilərdə parklamaq üçün saatlıq bilet almaq lazım gəlir. Yeni modeldə isə iş, təhsil və ya ailəvi qayğı səbəbi ilə tez-tez gedilən ərazilər üçün də kart keçərli olacaq. Ən çox parkinq sıxlığı olan mərkəzi zonalara tətbiq ediləcək, kənar rayonlarda isə nəzərdə tutulmur.

Berlinin təklif etdiyi 80–120 avroluq məbləğ Almaniyanın digər şəhərləri ilə müqayisədə orta hesab olunur: Köln – 120 avro, Ulm – 200 avro, Münster – 260 avro, Bonn – 360 avro.

Təklif olunan dəyişikliklər ilin sonunadək ictimaiyyətə təqdim olunacaq və koalisiya daxilində razılaşdırılacaq. Təsdiqlənərsə, rəsmi qərar açıqlanaraq tətbiqə keçiriləcək.

 





22.08.2025    çap et  çap et