Kolumbiyanın Antioquia bölgəsinə bağlı Amalfi kəndində əməliyyat keçirən polis helikopteri pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Düşən helikopterdə olan polislərdən 12-si ölüb, 5-i isə yaralanıb.
Antioquia qubernatoru Andres Culian Rendon bildirib ki, helikopter koka bitkilərini əl ilə məhv etmək üzrə işçilərin təhlükəsizliyini təmin etmək üçün istifadə olunurdu və PUA hücumu nəticəsində düşüb.
Rəsmi orqanlar hücumun Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) mərkəzi rəhbərliyi “Estado Mayor Central”ın (EMC) 36-cı cəbhəsi tərəfindən törədildiyini açıqlayıb. Bölgədəki əməliyyatların isə davam etdiyi bildirilib.
çap et