Vaxt.Az

Cənubi Amerikada 7.5 bal gücündə zəlzələ


 

Sunami xəbərdarlığı

Cənubi Amerikada 7.5 bal gücündə zəlzələ Çili sahilləri yaxınlığındakı Drake boğazı bölgəsində 7.5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ardından 3 saat ərzində dəniz kənarına sunami dalğalarının çatacağı gözlənilir.

Şili donanmasının hidroqrafiya və okeanoqrafiya xidməti (SHOA) ölkənin Antarktika bölgəsi üçün sunami həyəcanı verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) ilkin olaraq zəlzələnin gücünü 8 bal olaraq açıqlasa da, daha sonra məlumatları yeniləyərək 7.5 bal və 11 km dərinlikdə baş verdiyini bildirdi.

Zəlzələ Argentina və Çilinin bir çox şəhərində hiss olunub. SHOA sahil bölgələrində təhlükəsizlik məqsədilə çimərliklər, qayalıq sahələr, çay mənbələri, yollar, limanlar və portların boşaldılmasını əmr edib.

Sunami dalğalarının yaxın saatlarda Şili sahillərinə çatacağı ehtimalı yüksəkdir və sakinlərdən ehtiyatlı olmaları tələb olunur.

 





22.08.2025    çap et  çap et