Vaxt.Az

Trampdan Kuka xəbərdarlıq


 

“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”

Trampdan Kuka xəbərdarlıq ABŞ Prezidenti Donald Tramp, “ipoteka fırıldağı” ittihamı ilə üzləşən ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kukun (Lisa Cook) istefa etmədiyi halda vəzifədən uzaqlaşdırılacağını bildirib.

Tramp, Vaşinqtonda yerləşən bir muzeyi ziyarəti zamanı jurnalistlərin suallarını cavablandırarkən, Kukun postundan uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı ilə bağlı suala, “Onun etdiyi iş pis idi. Əgər istefa etməsə, onu işdən çıxaracağam”, – deyə cavab verib.

Xatırladaq ki, Tramp avqustun 20-də ABŞ mərkəzli “Truth Social” sosial şəbəkəsindəki hesabında, “Bloomberg”in Federal Mənzil Maliyyəsi Agentliyinin (FHFA) direktoru Bill Pultenin, ABŞ-ın baş prokuroru Pam Bondidən Kuk barəsində araşdırma aparılmasını tələb etdiyi barədə xəbəri paylaşaraq, “Kuk dərhal istefa verməlidir” ifadəsini işlətmişdi.

Pultenin iddiaları və Trampın çağırışının ardından açıqlama verən Kuk isə sosial mediada, Pultenin onun FED-ə qoşulmasından dörd il əvvəl verilmiş bir ipoteka müraciəti ilə bağlı araşdırma aparılması üçün müraciət etdiyini açıqladığını xatırladaraq, “Bir tvitdə verilən bəzi suallar üzündən vəzifəmdən istefa etməyə niyyətim yoxdur”, – deyə bildirmişdi.

 





23.08.2025    çap et  çap et