Vaxt.Az
Müğənnimiz Rusiyada həbs olundu
Sərhəddi qanunsuz keçdiyinə görə...
«Şadan» qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulması xəbəri yayılıb. Vaxt.az gecce.az-a istinadən xəbər verir ki, ifaçı bir neçə ay öncə Rusiyadan birdəfəlik deportasiya edilib. Amma buna baxmayaraq İntizar təxminən 10 gün öncə, sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən, hüquq-mühafizə işçiləri tərəfindən saxlanılıb. Müğənninin Rusiyaya budəfəki gedişinin səbəbi xalası oğlunun orada baş tutacaq toy mərasimi olub.
Əldə etdiyimiz məlumata görə, İntizar
əməkdar artist Ədalət Şükürovun xahişi ilə Sankt Peterburqdan Moskvaya
gətirilib. 50 gün ərzində müğənninin Moskvadan kənara çıxmasına qadağa qoyulub.
Buna səbəb isə məhkəmənin həmin işi araşdırması deyilir.
Xatırladaq ki, müğənninin 50 gün ərzində
Bakıda iştirak edəcəyi toy məclislərini isə Ədalət Şükürov və Qala qrupu idarə
edəcək.
16.06.2014
çap et