ABŞ-ın Nyu-York ştatında turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində ən azı 5 nəfər ölüb, çox sayda insan yaralanıb.
Ştat polisinin açıqlamasına görə, Niaqara şəlaləsindən Nyu-York şəhərinə qayıdan avtobus Genesi bölgəsində aşıb.
İlkin araşdırmada məlum olub ki, sürət həddini aşan sürücü və diqqətsizlik səbəbilə nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtobus yoldan çıxaraq aşıb.
Rəsmi məlumatda 5 nəfərin həyatını itirdiyi, yaralıların isə təcili yardım maşınları ilə xəstəxanalara çatdırıldığı bildirilib.
Nyu-York polisi qəza ilə bağlı istintaq başladıldığını açıqlayıb.
çap et