ABŞ-da faiz endirimi gözləntilərinin qlobal artım və yanacaq tələbinə dair mənzərəni dəstəkləməsi qiymətlərə müsbət təsir göstərdi.
“Brent” xam neft fyuçersləri 0,09% artaraq 67,79 dollara, ABŞ xam nefti (“WTI”) isə 0,14% yüksələrək 63,75 dollara çatdı.
Ukrayna bazar günü Rusiyaya pilotsuz uçuş aparatı ilə hücum həyata keçirdi. Rusiya rəsmilərinə görə, bu hücum ölkənin ən böyük atom elektrik stansiyalarından birində reaktor gücünün kəskin şəkildə azalmasına səbəb olub və yanacaq ixrac terminalında böyük yanğın yaradıb.
“IG” bazar analitiki Toni Saykamor (Tony Sycamore) bildirib: “Ukraynanın Rusiya neft infrastrukturunu hədəfə almaqda əldə etdiyi uğur nəzərə alındıqda, xam neft üçün risklər yuxarı istiqamətdə dəyişir”.
Azərbaycan brendi “Azeri Light” nefti 0,56 dollar və ya 0.75% bahalaşaraq, 74,76 dollara ticarət olunur.