Ən böyük ikinci kriptovalyutanın qiyməti bazar günü günortadan sonra 4 954,81 dollara qədər yüksəldi. Sonradan isə 1%-dən az artımla 4 776,46 dollar səviyyəsində alınıb-satıldı.
Bu vaxt “Bitcoin” cümə günkü rallidən əldə etdiyi bütün gəlirləri bir nöqtədə itirdi və 10 iyuldan bəri ən aşağı səviyyə olan 110 779,01 dollara gerilədi. Son olaraq təxminən 2% ucuzlaşaraq 112 000 dollar civarında alınıb-satılırdı. “Bitcoin” 13 avqustda 124 496 dollarla son rekordunu vurmuşdu.
Avqustun 22-də ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Cerom Pauell (Jerome Powell) faiz endirimlərinə işarə etdikdən sonra investorların riskli aktivlərə üz tutması nəticəsində kripto bazarı ümumilikdə kəskin yüksəldi. “Ether” 15% dəyər qazanarkən, “Bitcoin” 4% artdı.