Kazaks “Jackson Hole” simpoziumunda çıxış edərək vurğulayıb ki, inflyasiya 2% hədəfindədir və son göstəricilər faiz endirimi tələb edəcək qədər dəyişməyib.
O əlavə edib ki, artıq aktiv müdaxilədən çox iqtisadiyyatı müşahidəyə yönələn yeni mərhələyə daxil olunub.
AMB iyunda depozit faizini 2%-ə endirən səkkiz azalmadan sonra iyul ayında əlavə yumşalmaya getmədi. Kazaks İdarə Heyətinin gələnaykı iclasında faizləri sabit saxlama meylində olduğunu qeyd edib.
Onun sözlərinə görə, iqtisadiyyatda həm müsbət, həm də mənfi xəbərlər var, lakin bunlar siyasət qərarlarını dəyişdirəcək qədər böyük deyil: “Məncə, hələ də yaxşı bir nöqtədəyik.”
ABŞ ilə Avropa Birliyi arasındakı ticarət razılaşmasının qeyri-müəyyənliyinin azaldığını vurğulayan Kazaks əlavə edib: “Lakin əksər ixracatda tətbiq edilən 15%-lik tariflər artım üzərində hələ də təzyiq yaradır. Bundan başqa, Çinin ucuz məhsulları bölgəyə yönəltməsi əlavə risklər ortaya çıxarır”.