Əvvəlki həftədə 4,56 milyard dollar olan qısa dollar mövqeləri həmin dövrdə 6,15 milyard dollara yüksəlib. Bu, dolların ucuzlaşacağına dair mövqelərdə 8 iyul həftəsindən bəri ilk artımdır. Digər tərəfdən, “hedge” fondları Yapon yeni qarşısında qısa mövqelərini artıraraq hazırda təxminən 50 848 kontrat saxlayırlar ki, bu da son yeddi aydan uzun müddətdə ən yüksək səviyyədir.
Eyni fondlar avro və funt üzərində uzun mövqelərini azaldıblar. Investorlar son 3 ilin ən böyük qısa “VIX” mövqelərini açıblar. Qızıldakı uzun mövqelər azalarkən, neft uzun mövqeləri az da olsa artıb.
Hazırda investorlar iki gün sonra açıqlanacaq “Nvidia” hesabatı, həftə ərzində ABŞ böyümə və əsas “PCE” göstəriciləri, eləcə də gələnaykı FED faiz qərarı öncəsi “Wall Street”də “hedge” mexanizmlərini işə salmağa hazırlaşırlar.