Vaxt.Az

Sələfilər yasda mollanı döydü


 

Şiə-sələfi davası dindarları ayağa qaldırdı

Sələfilər yasda mollanı döydü Saatlı rayonunda şiə-sələfi qarşıdurması olub. ANS PRESS-in məlumatına görə, «islaminsesi.az» saytı sələfilərin zorakılığa əl atdığını yazıb.


Belə ki, hüzr məclisində ruhani Hacı Tahir Nuriyev moizə edərkən, məclisdə olan vəhhabilər onun sözünü kəsərək Hacını təhqir ediblər.

Bununla sakitləşməyən sələfilər Hacı Tahir Nuriyevi döyüblər. Münaqişə edən tərəflər sonradan polis şöbəsinə aparılıb. Bir neçə saatdan sonra Hacı Tahir və onu döyən adamlar sərbəst buraxılıb. Rayonun 800-ə qədər dindarının Hacı Tahirin müdafiəsinə qalxdığı deyilir.

Dindarlar bu məsələ ilə bağlı cinayətkarların cəzalandırılmasını tələb ediblər.

 





16.06.2014    çap et  çap et