Vaxt.az xəbər verir ki, qiymətli metal Asiya bazarlarının açılış saatlarında 0,6%-dək dəyər qazandı və əvvəlki itkilərini sildi. Trampın dünən “Truth Social” hesabından açıqladığı qərarın ardından dollar əsas valyutalar qarşısında zəiflədi, qısa müddətli ABŞ Xəzinə istiqrazlarının gəlirləri isə düşdü.
Tramp uzun müddətdir FED üzərinə faizləri azaltması üçün təzyiq göstərir, lakin nəticə əldə edə bilməmişdi. Mərkəz Bankı 2025 boyunca Trampın gömrük vergilərinin inflyasiyanı sürətləndirə biləcəyi narahatlığı səbəbindən pul siyasətini sabit saxlamışdı. FED sədri Cerom Pauel (Jerome Powell) isə keçən həftə etdiyi çıxışda sentyabrda mümkün siyasət dəyişikliyinə işarə etmişdi.
“Mortgage” fırıldaqçılığı iddiaları ilə üzləşən Kukun vəzifədən çıxarılması, Trampa yeddi üzvdən ibarət komitədə dörd nəfərlik çoxluq əldə etməyə imkan verəcək. Tramp ayın əvvəlində İqtisadi Məsləhətçilər Şurasının sədri Stesen Miranı erkən ayrılan Adriana Kuqlerin yerinə namizəd göstərmişdi.
Yatırımçılar həmçinin cümə günü açıqlanacaq ABŞ şəxsi istehlak xərcləri (PCE) məlumatlarını yaxından izləyir. Qida və enerjini nəzərə almadıqda, illik baza üzrə son beş ilin ən sürətli artımı gözlənilən göstərici FED-in faiz endirim sahəsini məhdudlaşdıra bilər.
Bakı vaxtı ilə 06:58-də spot altın 0,3% artaraq unsiya başına 3.377,24 dollara yüksəldi. “Bloomberg Dollar Spot İndeksi” 0,2% düşdü. Gümüş bahalaşdı, paladyum və platin isə sabit qaldı.