Tramp mövzu ilə bağlı sosial media hesabında paylaşım edib. O, ABŞ texnologiya şirkətlərinə hücum edən ölkələrə qarşı mövqe tutacağını bildirib və rəqəmsal vergilər, rəqəmsal xidmətlər qanunvericiliyi və rəqəmsal bazar qaydalarının Amerika texnologiyasına zərər vermək və ya ayrı-seçkilik etmək məqsədilə hazırlandığını iddia edib.
Tramp vurğulayıb ki, bu tətbiqlər Çinin ən böyük texnologiya şirkətlərinə heç bir maneə yaratmır və bunun dayandırılması vacibdir.
ABŞ Prezidenti, “Rəqəmsal vergilər, qanunvericiliklər, qaydalar və ya tənzimləmələr tətbiq edən bütün ölkələrə bildirirəm ki, bu ayrı-seçkilik yaradan tətbiqlər ləğv olunmadıqca, ABŞ Prezidenti kimi həmin ölkənin ABŞ-a ixracına əhəmiyyətli əlavə tariflər tətbiq edəcəyəm və yüksək qorunan texnologiyamız və çiplərimiz üçün ixrac məhdudiyyətləri qoyacağam. ABŞ və Amerikan texnologiya şirkətləri artıq dünyanın xəzinəsi deyil. Amerikaya və inanılmaz texnologiya şirkətlərimizə hörmət edin, ya da nəticələrinə hazır olun”, – deyib.