ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin ABŞ-ı maqnitlə təmin etməlidir, əks halda 200%-lik gömrük vergisi və ya buna bənzər tədbir tətbiq olunacaq.
Tramp bu açıqlamanı Cənubi Koreya Prezidenti Li Ce Myunqu Oval kabinetdə qəbul etdiyi görüşdə mətbuat nümayəndələrinə açıqlayıb.
Prezident vurğulayıb ki, ABŞ-ın Çinlə iqtisadi əlaqələri əvvəllərkindən xeyli yaxşıdır, Çin isə ağıllı davranır və dünyanın maqnit istehsalının demək olar ki, hamısını əlində saxlayır.
“Bizə maqnit vermək məcburiyyətindədirlər. Əks halda 200%-lik gömrük vergisi və ya buna bənzər tədbirlərə hazır olsunlar”
O həmçinin bildirib ki, maqnit sahəsində Çin üzərində güc əldə ediblər və çox qısa müddət ərzində çox sayda elementləri əldə edəcəklər.
çap et