Sənəd, Kristerssonun Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə görüşü sonrası hazırlanmış baş nazirlik faylının bir nüsxəsi idi və NATO müzakirələrinə dair həssas məlumatlar ehtiva edirdi. Bir təmizlik işçisi tərəfindən tapılan sənəd bir müddət üçün səlahiyyətli olmayan şəxslərin əlində oldu. Sənədin nə qədər müddət orada qaldığı məlum deyil.
Baş nazirlik olayı təsdiqləyib. Təhlükəsizlik İdarəsinin rəhbəri Fredrik Agemark bildirib ki, aparılan yoxlama nəticəsində sənəddə “təhlükəsizlik sinfinə aid məlumatlar” olmadığı müəyyən edilib. Bu səbəbdən rəsmi zərər qiymətləndirməsi aparılmayıb. Lakin İsveç mediası bəzi məlumatların gizli olduğunu və həssas xarakter daşıdığını vurğulayıb.
Sənəd, xaricə səfərlərdə nazir və baş nazir üçün hazırlanmış məlumat qovluqlarından biri olub. Bu qovluqlarda adətən arxa plan qeydləri və danışıq başlıqları yer alır. Unudulmuş qovluq, Kristerssonun əsas faylının nüsxəsi olub.
Müxalifətin reaksiyası
Sol Partiya (Vänsterpartiet) hadisəni qəbuledilməz hesab edərək Baş nazir Kristerssonu Konstitusiya Komitəsinə şikayət edib. Partiyanın xarici siyasət üzrə sözçüsü Hakan Svennelinq İsveç Radiosuna, “Bu hadisəni çox ciddi hesab edirəm. Xüsusilə də hökumətin əvvəllər gizli sənədlərlə bağlı problemlər yaşadığı nəzərə alınarsa, bu, böyük təhlükəsizlik məsələsinə işarə edir”, – deyib.
Hadisə İsveçin NATO-ya üzvlük prosesinin ən kritik dövründə meydana gəlib. Stokholm hökuməti Türkiyənin razılığını almaq üçün intensiv diplomatik təmaslarda olduğu bir vaxtda, belə bir təhlükəsizlik skandalının ortaya çıxması prosesin həssaslığını daha da artırıb.